Avropa ölkələri belə ələ keçirilir: Merkeldən SON HƏMLƏ
Bizi izləyin

Dünya

Avropa ölkələri belə ələ keçirilir: Merkeldən SON HƏMLƏ

Almaniya kansleri Angela Merkel güclü bir Avropa ordusu qurmaq üçün çalışır.

Almaniya kansleri Angela Merkel güclü bir Avropa ordusu qurmaq üçün çalışır.

Publika.az xəbər verir ki, bu haqda ABŞ-ın “Foreign Policy” jurnalı yazıb.

Jurnalı qeyd edir ki, Almaniya hər nə qədər hərbi inteqrasiyanı aşağı ehtimal olaraq qiymətləndirsə də, Berlin Avropa ordusu yaratmaq yolunda səssiz bir şəkildə irəliləyir. Nəşr Almaniyanın iki yaxın müttəfiqi olan Çexiya və Rumınıya ilə razılaşmasını xatırladıb.

Razılaşmaya görə, Rumıniya və Çexiyanın bütün silahlı birlikləri bundesverə (Almaniya ordusu) qatılmasa da, Rumıniyanın 81-ci mexanikləşdirilmiş briqadası və Çexiyanın döyüş qabiliyyəti ən yüksək olan 4-cü briqadası Almaniya ordusunun 10-cu zirehli briqadasının tərkibində yer alacaq.

Beləliklə, Almaniya ordusuna inteqrasiya olan Avropa ölkələrinin sayı üçə çıxacaq. Daha əvvəl Hollandiyanın iki briqadası Almaniya ordusunun tərkibinə daxil olub.

Qeyd edək ki, Avropa Komissiyasının sədri Jan Klod Yunker Avropa ordusunun yaradılması fikrini tez-tez gündəmə gətirir. Ancaq onun təklifi bir çox siyasi və hərbi dairələr tərəfindən ciddi qəbul olunmur. Vahid ordu ideyasının ən böyük müxalifi olan Böyük Britaniyanın Avropa İttifaqından ayrılmasına baxmayaraq, bu mövzuda hələ də radikal dəyişiklik müşahidə edilmir.

Almaniya isə uzun müddətdir laqeyd qaldığı ordusunu bu yolla gücləndirmək istəyir. 1989-ci ildə Qərbi Almaniya ümumi daxili məhsulun 2,7 faizini müdafiəyə ayırırdı. 2000-ci ildə isə birləşmiş Almaniyada müdafiə xərcləri ümumi daxili məhsulun 1,4 faizinə qədər aşağı düşdü və vəziyyət illərlə dəyişmədi. NATO nizamnaməsinə görə, hər üzv ölkə ümumi daxili məhsulun 2 faizini müdafiəyə ayırmalıdır. “Soyuq müharibə” dövründə bundesverdə 370 min əsgər var idi. Bu gün isə ordunun şəxsi heyəti 176 mindir. Bu il Almaniya müdafiə xərclərini keçən illə müqayisədə 8 faiz artıracaq. Ancaq buna baxmayaraq, Almaniya hərbi güc olaraq İngiltərə və Fransadan hələ çox geridədir.

Berlin ordusunu genişləndirmək əvəzinə “Çərçivə Ölkələr Konsepti”ni inkişaf etdirməyi qarşısına hədəf qoyub. Almaniya bu layihə ilə ətrafındakı ölkələrin hazır hərbi birliklərindən istifadə etmək istəyir. Böyük Britaniyanın Avropa İttifaqından ayrıldığı və digər böyük hərbi güc olan Fransanın birgə müdafiə konseptinə müsbət baxmadığı bir şəraitdə kiçik ölkələr Avropanın müdafiəsinə Almaniyanın liderlik edəcəyinə ümid edirlər.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm