Əl-ələ gəzən prezidentlər və Trampa əks-hücum - MARAQLI ANLAR FOTO/VİDEODA
Bizi izləyin

Dünya

Əl-ələ gəzən prezidentlər və Trampa əks-hücum - MARAQLI ANLAR FOTO/VİDEODA

21-22 mayda Səudiyyə Ərəbistanında keçirilən Ərəb-İslam-Amerika sammiti geosiyasi gediş olaraq diqqət çəkməklə yanaşı, maraqlı anlarla da yadda qaldı.

Publika.az
xəbər verir ki, sammitdə Mərkəzi Asiya ölkələrinin – Qazaxıstan, Özbəkistan və Tacikistan prezidentləri xüsusi diqqət çəkdi. Xüsusilə sammit öncəsi foyedə yaşananlar maraqlı idi.

Əvvəlcə Özbəkistan prezidenti Şövkət Mirziyoyevlə Tacikistan prezidenti Emomali Rahmon görüşdü. Onların isti münasibətləri ilə yanaşı, əl-ələ tutuşmaları da diqqət çəkdi. Daha sonra Qazaxıstan prezidenti Nursultan Nazarbayev onlara qoşulur.

Həmin anları göstərən videoda Nazarbayevin zarafat etdiyini, Şövkət Mirziyoyevin isə buna ürəkdən güldüyü görünür. Bununla yanaşı, Nazarbayevlə Rəhmonun əl-ələ tutaşaraq, gəzməsi də maraq doğurur. Bu dostluğun nişanəsidir.

Digər maraqlı məqam isə Emomali Rahmonun ABŞ prezidenti Donald Tramla əl görüşməsidir. Tramp öz ənənəsinə uyğun olaraq görüşdüyü prezidentlərin əlini möhkəm sıxır və öz tərəfinə doğru çəkir. Lakin Rahmonla bu alınmadı. Əksinə, tacik lider ABŞ prezidentini özünə doğru çəkdi və əlini möhkəm sıxdı.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm