Rusiya ABŞ-dan üzr istədi - RƏSMİ
Bizi izləyin

Dünya

Rusiya ABŞ-dan üzr istədi - RƏSMİ

“Bu hadisəni qeyri-peşəkarlıq kimi xarakterizə edərdim".

Rusiya Hərbi-Hava Qüvvələrinə məxsus qırıcılar Suriya səmasında Amerika yanacaqdolduran təyyarəni ələ keçirib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu haqda ABŞ Hərbi Hava Qüvvələrinin Yaxın Şərq və cənubi-qərbi Asiya üzrə komandanı Cefri Harriqan bildirib.

“Bu hadisəni qeyri-peşəkarlıq kimi xarakterizə edərdim. Biz bu barədə onlarla əlaqə saxladıq və narahatlığımızı ifadə etdik”, - amerikalı general deyib.

Onun sözlərinə görə, Rusiya hərbçiləri normal reaksiya verdilər və hadisəyə görə üzr istədilər.

General vurğulayıb ki, hadisədə Su-22 və ya Su-30 qırıcıları iştirak edirdi. Rusiya KİV-i yazıb ki, Rusiya Hərbi-Hava Qüvvələrinin arsenalında Su-22 çoxdan yoxdur, amma Suriyanın Hərbi-Hava Qüvvələrində onlardan istifadə edirlər.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm