“Hitler babalarımıza...” - Dil məsələsi ÖLKƏNİ QARIŞDIRDI
Bizi izləyin

Dünya

“Hitler babalarımıza...” - Dil məsələsi ÖLKƏNİ QARIŞDIRDI

"Hitler bizim ərazimizi işğal edəndə bizim ulu babalarımıza..."

Ukrayna Ali Radasının üzvü İqor Mosiyçuk dil siyasətində nasist Almaniyanın lideri Adolf Hitlerdən nümunə götürməyi təklif edib.

Publika.az Ukrayna mediasına istinadən xəbər verir ki, Ali Radada gedən müzakirələrdə iştirak edən deputatın sözlərinə görə, Ukraynanın işğalı zamanı fürer yerli sakinlərə onların ana dilində müraciət edirdi.

Qeyd edək ki, Ukrayna Ali Radası telekanallarda dil kvotasının tətbiqini nəzərdə tutan qanun layihəsini qəbul edib. Kvotaya görə, Ukrayna telekanallarında proqramların 75 faizi Ukrayna dilində olmalıdır. Radikal Partiyanın nümayəndəsinin sözlərinə görə, rusdilli yayımı tamamilə qadağan etmək olmaz. İ.Mosiyçuk qeyd edir ki, bu halda Kiyev üçün Krım tatarlarını dəstəkləmək və Donbasda ukraynalıların ürəklərini almaq daha çətin olacaq.

“Mən demirəm ki, rus dili Kiyevdə, Lvovda, Xarkovda olmalıdır. Mən deyirəm ki, rus dili işğal edilmiş ərazilərdə olmalıdır. Çünki Hitler bizim ərazimizi işğal edəndə bizim ulu babalarımıza və babalara alman dilində müraciət etmirdi, Ukrayna və rus dilində müraciət edirdi”, - Mosiyçuk bildirib.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm