Nümayişçilər daha bir nazirliyin binasını yandırdı
Bizi izləyin

Dünya

Nümayişçilər daha bir nazirliyin binasını yandırdı

Etirazçılara qarşı gözyaşardıcı qaz tətbiq olunub.

Braziliyada daha bir nazirliyin binası yandırılıb. Nümayişçilər bu dəfə Maliyyə Nazirliyini hədəfə alıblar.

Publika.az xəbər verir ki, bundan əvvəl Kənd Təsərrüfatı Nazirliyinin binasının yandırıldığı xəbər verilmişdi.

Paytaxtda prezident Mişel Temer əleyhdarlarının kütləvi aksiyası keçirilir. Etirazçılar onun istefasını və növbədənkənar prezident seçkilərinin keçirilməsini tələb edirlər.

Müxtəlif məlumatlara görə, aksiyalarda 150 mindən çox insan iştirak edir.

İğtişaş zonasına hökumət binalarının qorunması üçün hərbçilər cəlb olunub.

Etirazçılara qarşı gözyaşardıcı qaz tətbiq olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm