Sərnişin avtobusu aşdı: 17 ölü, 48 yaralı
Bizi izləyin

Dünya

Sərnişin avtobusu aşdı: 17 ölü, 48 yaralı

Qəzaya səbəb sürücünün idarəetməni itirməsi olub.

Zambiyada sərnişin avtobusunun aşması nəticəsində 17 nəfər ölüb, 48 nəfər xəsarət alıb.

Publika.az xəbər verir ki, paytaxt Lusaka şəhərindən ölkənin şərq bölgəsi istiqamətində hərəkət edən avtobus aşıb.

İlkin versiyaya əsasən, qəzaya səbəb sürücünün idarəetməni itirməsi olub. Qəza nəticəsində 3 yeniyetmə, 6 kişi və 8 qadın həyatını itirib. Yaralılar xəstəxanaya çatdırılıb. Onların vəziyyətləri barədə məlumat verilmir. (apa)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm