Somada möcüzəvi qurtuluş - VİDEO
Bizi izləyin

Dünya

Somada möcüzəvi qurtuluş - VİDEO

Türkiyəni yasa boğan Soma mədənindəki faciədən möcüzə nəticəsində sağ qalanlar da olub.


Fatih Ocay belə şəxslərdən biridir. İki uşaq atası oksigen borularını dələrək oradan nəfəs alıb. O, karbon qazı ilə dolu olan mədəndə qalmış 4 mədənçiyə bu yolu öyrədərək onların da sağ qalmasına səbəb olub. Təqaüdə çıxmağına 5 ay qalmış faciə ilə üzləşən Fatih Ocay yıxıldığı yerə zəhərli dumanın sızmasının qarşısını almaq üçün ətrafı əsgi və parçalarla qapadıb.



Xatırladaq ki, Soma kömür mədənində mayın 13-də günorta saatlarında transformator partlayışı olub. Hadisə növbə dəyişikliyi zamanı baş verib. Buna görə mədəndə iki növbənin əməkdaşları olduğu üçün itkilərin miqyasının böyük olduğu bildirilir. Son məlumatlara görə, ölənlərin sayı 282-yə çatıb. /anspress

Oxumağa davam et
Reklam
Reklam

Gündəm