Ərdoğan dünya liderləri ilə görüşə getdi
Bizi izləyin

Dünya

Ərdoğan dünya liderləri ilə görüşə getdi

Ərdoğanın NATO-nun zirvə sammitində çıxış edəcəyi də gözlənilir.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın NATO sammiti çərçivəsində keçirəcəyi görüşlərin proqramı açıqlanıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, Türkiyə prezidenti Brüsselə səfəri çərçivəsində Fransanın yeni prezidenti Emmanuel Makron, Almaniya kansleri Angela Merkel və Birləşmiş Krallığın Baş naziri Teresa May ilə görüşəcək.

Hazırda Belçikada səfərdə olan Ərdoğanın NATO-nun zirvə sammitində çıxış edəcəyi də gözlənilir.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm