• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

İrəvan-Tehran münasibətlərinə Kremldən qadağa: Düşmən cənubdan da blokadaya alınır

  • Dünya
  • 15 May 2014 13:56
  • 1 324 Baxış
İrəvan-Tehran münasibətlərinə Kremldən qadağa: Düşmən cənubdan da blokadaya alınır

Ermənistanın energetika nazirinin müavini Aleq Qalstyanın dünən verdiyi bəyanat ölkənin xarici siyasəti ilə reallığı bir daha göstərmiş oldu: İrəvan xarici siyasəti ilə bağlı bütün qərarları Moskvanın diktəsi ilə qəbul edir.

Publika.az – ın “Lragir” qəzetinə istinadən verdiyi məlumata görə, nazir müavini bildirib ki, Ermənistan-İran ikinci elektrik ötürücü xəttinin çəkilişi layihəsinin icrası dayandırılıb.

A.Qalstyan bunu layihəni maliyyələşdirən bankın sanksiyalara məruz qalması ilə izah edib. Amma erməni nəşri bunun başqa səbəblərinin olduğu qənaətindədir. Ermənistan Gömrük Şurasına üzv olduqdan sonra İrana elektrik enerjisini satıb-satmayacağına gəlincə, nazir müavini qeyri-müəyyən cavabı verdi: “Mövsümi mübadilə ola bilər”.

“Ermənistan İransda alınan qaza əvəz olaraq elektrik enerjisini verir. İranın nümayəndələri son zamanlar açıq şəkildə bildiriblər ki, Ermənistanın elektrik enerjisi onlara lazım deyil, elektrik enerjisini də qarşı tərəfə qaz lazım olduğu üçün alırlar. Əgər Ermənistan İrana elektrik enerjisini verməyə dayandırmağa hazırlaşırsa, deməlisə, İran qazını almaq niyyətində deyil”, - erməni nəşri bildirir.

Yazıda qeyd olunub ki, Moskva faktiki olaraq yalnız Ermənistan və Gürcüstan vasitəsilə İran qazının Avropaya ixracını bloklamır, eyni zamanda Ermənistana İrandan qaz almağı qadağan edir: “Hansı ki, İran təbii qazı Rusiya ilə müqayisədə Ermənistana daha ucuz satır. Ermənistan xarici işlər naziri Edvard Nalbandyanın bu yaxınlarda İrana səfəri də onunla bağlı idi ki, təbii qaz üzrə hazırkı İran-Ermənistan müqaviləsindən imtina etsin”.

Ermənistan ötən ilin sentyabr ayında Rusiyanın sahibi olduğu Gömrük Şurası seçməklə özünü daha çətin vəziyyətə saldı. Yerevan ətrafında baş verən prosesləri sadəcə olaraq müşahidə etməklə məşğuldur. Erməni mediası da ölkəsi ilə bağlı yaranmış xoşagəlməz vəziyyətin fərqindədir. “Lragir” qəzeti bu qənaətdədir ki, Ermənistan ətrafında proses gizli şəkildə inkişaf edir.

20 İyun tarixi İran proqramı üzrə razılaşmanın üçün son müddətdir. Yekun razılaşma əldə olunarsa, İrana qarşı tətbiq olunan sanksiyalar ləğv ediləcək, regionda aktiv infrastruktur transformasiyaları baş verəcək.

“Ermənistan və Gürcüstan İranın Avropa ilə əlaqəsinin ən optimal üsuludur. Ancaq Ermənistanda sovetləşmənin ikinci mərhələsi başlayıb. Moskva onu təcrid edərək İrana və Avropa üçün Türkiyə və Azərbaycan variantını saxlayıb. Moskva İran neft və qazının Ermənistan vasitəsilə Avropaya çatdırılmasına maneə olur. Rusiya artıq İran qazının Ermənistanla tranzitini qadağan edib və “yad” neftə əlavə rüsumları tətbiq etməyə hazırlaşır. Rusiya Ermənistana Avropa İttifaqının azad ticarət zonasına daxil olmağa icazə vermədi. Bütün bunlar Ermənistanı barıt çəlləyinə çevirir. İran qazı Azərbaycan-Türkiyə xətti ilə axarsa, Ermənistan “partlaya” bilər”, - erməni nəşri bildirir.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR