ABŞ Moskva qarşısında ŞƏRT QOYDU
Bizi izləyin

Dünya

ABŞ Moskva qarşısında ŞƏRT QOYDU

“Rusiya Ukraynadakı vəziyyətə görə G7-dən çıxarılıb".

“Rusiyanın G7-nin (“Böyük yeddilik”) tərkibinə qayıdışı Minsk razılaşmalarının icrası və Ukraynanın ərazi bütövlüyünün bərpası olmadan mümkün deyil”.

Publika.az “Röyters” agentliyinə istinadən xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi Reks Tillerson Romadan Brüsselə uçuş zamanı “Air Force One” təyyarəsində jurnalistlərlə söhbət zamanı deyib.

“Rusiya Ukraynadakı vəziyyətə görə G7-dən çıxarılıb. Buna görə də düşünürəm ki, Rusiya ora yenidən daxil olması üçün Ukraynadakı vəziyyətlə məşğul olmalıdır”, - ABŞ xarici siyasət idarəsinin başçısı bildirib.

Xatırladaq ki, Rusiya Krımın ilhaqına cavab olaraq 2014-cü ilin martında G8-dən kənarlaşdırılıb.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm