• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

"Putinin dostu"nun 10 qadınlıq hərəmxanası üzə çıxdı - TƏFSİLAT

  • Dünya
  • 15 May 2014 14:09
  • 1 838 Baxış
"Putinin dostu"nun 10 qadınlıq hərəmxanası üzə çıxdı - TƏFSİLAT

İspaniya polisi İran əsilli britaniyalı maqnat Şodca Şodcayın gənc qadınları "seks qulu"na çevirməsi ilə bağlı təhqiqat aparır. Teleqraf.com-un Rusiya KİV-ə istinadən xəbərinə görə, o, kəniz qadınları öz villasında saxlayıb. Onun qurbanları model biznesində karyera qurmaq arzusunda olan gənc və gözəl qızlar olub.

The Huffington Post-un yazdığına görə, milyonçu Şodca Şodcay özünü onlara Rusiya və ABŞ prezidentləri ilə dostluq edən neft maqnatı kimi təqdim edib.

Cinayət işi ilə bağlı ifadəsi alınan 10 qız Şodca Şodcayın onları Marbeldəki villasında qapalı şəraitdə saxladığını bildirib. Hər bir qıza ayrıca otaq hazırlanıb və Şodca Şodcay bu otaqlarda növbə ilə həmin qızlarla sekslə məşğul olub.

Qızlar bildirib ki, onlar otaqlardan yalnız mühafizəçilərin müşayiəti ilə bayıra çıxırmış.

Təqsirləndirilən milyonşu isə bildirib ki, o, həyat yoldaşı və iki keçmiş rəfiqəsinin böhtanının qurbanı olub. O, arvadı ilə yanaşı yalnız həmin iki qadınla seks portnyoru olduğunu bildirib. Həmin qadınlar isə onun Kosta del Soldakı malikanəsində yaşayıblar. Şodca Şodcay qalan qızlarla intim əlaqəsi olduğunu inkar edib.

Şodcayın sözlərinə görə, o, həbs olunduqdan sonra arvadı və digər iki qadın villadakı bahalı paltarları, Fars xalçalarını, qiyməti milyon dollarlarla ölçülən bahalı əşyaları ələ keçiriblər.

Maqnatın bu versiyasını xidməti personal da təxminən təsdiq edib. Mühafizəçilərdən biri deyib: "Gündüzlər qadınlar öz avtomobilləri ilə uşaqları məktəbə aparırdılar. Gecələr nə baş verdiyindən xəbərsizik".

Onun sözlərinə görə, villada olan gözəl qadınlar heç də "seks qulu" olmayıb: "Biz onları "seks qulu" kimi deyil, ağa evində yaşayan qadınlar kimi qəbul edirdik". Maqnat deyib ki, o, həmin iki qadını işçi kimi saxlayıb.

Ancaq villada axtarış aparan polis güclü təsir edən dərmanlar tapıb. Bu dərmanlardan biri - roqinopol (flunitrazepam) isə "zorlama narkotiki" kimi tanınır. Bu dərmanı qəbul etdikdən sonra qadınlar onlarla necə davranıldığını xatırlaya bilmirlər. Hazırda maqnat girov müqabilində azadlığa buraxılıb. Qadınlar isə on aylıqdan 7 yaşa qədər olan uşaqları ilə birlikdə sığınacaqda yerləşdiriliblər. Qadınlardan yalnız biri azad edildikdən sonra İspaniyanı tərk edib.

Qadınlar tibbi ekspertizadan keçiriliblər. "Putinin dostu" qızlara top-model karyerası vəd edib. Şodca Şodcay özünü qızlara böyük siyasətçilərlə əlaqəsi olan neft və moda industriyası maqnatı kimi təqdim edib. O, xüsusilə qeyd edib ki, Putin və Obama ilə dostluq edir. Şodcay qızlarla ən sərfəli qiymətə müqavilə bağlayacağını və onların dünyaca olacaqlarını vəd edib. Lakin qızların həyatı dəhşətli yuxuya çevrilib.

Maqnat faktiki olaraq villasında hərəmxana təşkil edib. O, istədiyi vaxt həmin qadınlarla ehtirasını söndürüb. Əsir qadınlar təslim olmayacaqları təqdirdə, fiziki və psixoloji təzyiqlə üzləşəcəkləri ilə hədələnib.

Şodca Şodcayın qanuni həyat yoldaşı istisna olmaqla, digər qadınlar 19-24 yaşlarında olublar. Həmin qadınların Almaniya, Danimarka, Monqolustan, Litva, Qazaxıstan, Rusiya və Türkmənistan vətəndaşları olduğu bildirilir. Оnlar üç il milyonçunun villasında saxlanılıb, cinsi istismar və işgəncələrə məruz qalıblar.

Hansısa məqadma Şodcay özünün "seks köləsi" olan qadının qohumlarından onun villada yaşaması üçün 9000 dollar tələb edib. Elə bu da istintaqın başlamasına səbəb olub. Belə ki, qadının qohumları polisə müraciət edib və bununla da hər şeyin üstü açılıb. Bunun ardınca digər qadınlar da şikayətçi olublar.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR