NATO Yaxın Şərq müharibəsinə qoşulur – RƏSMİ
Bizi izləyin

Dünya

NATO Yaxın Şərq müharibəsinə qoşulur – RƏSMİ

NATO-ya üzv ölkələrin liderlərinin qatılacağı sammit bu gün başlanır.

Şimali Atlantika İttifaqı (NATO) Brüssel sammitinin gedişatında ittifaqın İŞİD terror təşkilatı ilə mübarizə üzrə koalisiyaya birləşməsi haqqında qərar qəbul ediləcək.

Publika.az “Röyters” agentliyinə istinadən xəbər verir ki, bu haqda NATO-nun baş katibi Yens Stoltenberq bildirib.

Daha əvvəl KİV-in yazdığına görə, Fransa və Almaniya NATO-nun beynəlxalq anti-terror koalisiyasına qoşulması haqqında qərarı dəstəkləyəcək.

Qeyd edək ki, NATO-ya üzv ölkələrin liderlərinin qatılacağı sammit bu gün başlanır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm