Prezident Putindən kömək istədi: İkinci “Yaxın Şərq” yaranır? - FOTOLAR
Bizi izləyin

Dünya

Prezident Putindən kömək istədi: İkinci “Yaxın Şərq” yaranır? - FOTOLAR

“ABŞ-a bəzi silah sifarişlərimiz var. Ancaq bu məsələdə vəziyyət dəqiq deyil".

İŞİD terror təşkilatına sədaqət andı içən “Maut” qruplaşmasının ələ keçirdiyi Mindao adasında təhlükəsizlik gücləri ilə şiddətli döyüşlər davam edir.

Publika.az xarici mediaya istinadən verir ki, ordu birlikləri vertolyot və ağır texnika ilə hücuma keçib.

Bölgədən minlərlə insanın qaçdığı bildirilir. Dünən girov götürülən 11 nəfərin taleyi naməlum olaraq qalır. Terrorçular hərbi vəziyyət elan edilən bölgədə bir polis şefini başını kəsərək öldürüblər.

Ölkədə 175 min polis dövlət binalarında təhlükəsizlik tədbirlərini gücləndirib.

Xatırladaq ki, “Maut” qruplaşması mayın 23-də - prezident Rodriqo Duterte Rusiyada səfərdə olduğu gün adada hücuma keçib. Dövlət başçısı rusiyalı həmkarı Vladimir Putinlə görüşünü nəzərdə tutulandan bir gün əvvəl keçirərək Fillippinə qayıtmağa məcbur olub.

Duterte Putinlə görüşdə ondan yeni və müasir silahlar istəyib.

“ABŞ-a bəzi silah sifarişlərimiz var. Ancaq bu məsələdə vəziyyət dəqiq deyil. İŞİD-lə mübarizə aparmaq üçün müasir silahlara ehtiyacımız var”, - Filippin prezidenti bildirib.

Bir neçə ay əvvəl isə Rodriqo Duterte bəzi qohumlarının Mindanao adasında İŞİD-ə qoşulduqları ilə bağlı məlumat aldığını söyləmişdi.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm