“Bu taktika Krımın zəbtində işlədi” - Putinin 2018-cı il PLANI AÇIQLANDI
Bizi izləyin

Dünya

“Bu taktika Krımın zəbtində işlədi” - Putinin 2018-cı il PLANI AÇIQLANDI

“Müharibədə kiçik qələbə” barədə də qərar verilə bilər.

Kreml Rusiyada prezident seçkiləri ərəfəsində “müharibədə kiçik qələbə” planlaşdıra bilər.

Publika.az xəbər verir ki, bunu rusiyalı vəkil Mark Feyqin Ukraynanın “Obozrevatel” nəşrinə açıqlamasında söyləyib.

Onun sözlərinə görə, Kreml bunu prezident Vladimir Putinin reytinqinin artırılması məqsədi ilə deyil, rusiyalıların diqqətini vacib problemlərdən yayındırılması məqsədi ilə edəcək.

“Arzu edilməyən ssenarinin reallaşmasının qarşısını almaq üçün Kreml konkret hərəkətlərə gedə bilər. Bu hərəkətlər rusiyalıların diqqətini daxili problemlərdən yayındırardı. “Müharibədə kiçik qələbə” barədə də qərar verilə bilər. Bu taktika Krımla bağlı həqiqətən də işlədi. Ukrayna yarımadasının zəbt edilməsi 2012-ci ildə etiraz əhval-ruhiyyəsini önəmli ölçüdə söndürdü”, - vəkil deyib.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm