İngiltərəni qana boyayan şəxs Türkiyədən gedib - MƏNBƏ
Bizi izləyin

Dünya

İngiltərəni qana boyayan şəxs Türkiyədən gedib - MƏNBƏ

Türkiyə Abedi ilə bağlı məlumatları Britaniya hakimiyyətinə göndərib.

İngiltərənin Mançester şəhərində terror aktı törətməkdə şübhəli bilinən Salman Abedi hadisədən dörd gün əvvəl Türkiyədən Böyük Britaniyaya gəlib.

Publika.az xəbər verir ki, bu haqda alman kəşfiyyatındakı mənbəyə istinadən Britaniyanın “Financial Times” nəşri yazıb.

Salman Abedi yolüstü Almaniyada dayanıb. Qəzetin məlumatına görə, İstanbuldan təyyarə ilə Düsseldorfa gedən şübhəli şəxs daha sonra Böyük Britaniyaya uçub. Nəşr həmçinin, türk məmuruna istinadən bildirir ki, Türkiyə hökuməti Abedi ilə bağlı məlumatları çərşənbə günü Britaniya hakimiyyətinə göndərib.

“Financial Times” nəşri qeyd edir ki, İstanbul həmçinin tranzit nöqtə ola bilərdi.

Xatırladaq ki, mayın 22-də “Mançester Arena”da konsert zamanı törədilən partlayışda 12-si uşaq olmaqla 22 nəfər həlak olub, 75-i yaralanıb. Onlardan 23-nün vəziyyəti kritik qiymətləndirilir. Bir neçə insan itkin hesab edilir.

Terror aktına görə məsuliyyəti İŞİD terror qruplaşması öz üzərinə götürüb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm