91 məhbus həbsxanadan qaçdı
Bizi izləyin

Dünya

91 məhbus həbsxanadan qaçdı

bu ilin yanvar ayında eyni həbsxanadan 14 məhbus qaçıb.

Braziliyanın Riu-Qrande-du-Norti ştatında 91 məhbus həbsxanadan qaçıb.

Trend-in məlumatına görə, məhbuslar sübh tezdən 30-40 metr uzunluğunda tunel vasitəsilə qaçıblar. Mühafizəçilərin diqqətini yayındırmaq üçün digər məhbuslar həbsxanada iğtişaşlar yaradıblar.

Təhlükəsizlik qüvvələri qaçan məhbusların axtarışı üçün 36 şəhərdə əməliyyatlar keçirir. Qaçan məhbusların 8-i artıq tutulub.

Qeyd edək ki, bu ilin yanvar ayında eyni həbsxanadan 14 məhbus qaçıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm