NATO İŞİD-ə qarşı hərbi əməliyyatlarda iştirak etməyəcək
Bizi izləyin

Dünya

NATO İŞİD-ə qarşı hərbi əməliyyatlarda iştirak etməyəcək

NATO-nun İŞİD terror qruplaşması əleyhinə mübarizə koalisiyasında çıxış etməsi alyansın hərbi əməliyyatlarda iştirakı anlamına gəlmir.

"Report" istinadən xəbər verir ki, bu sözləri alyansın baş katibi Yens Stoltenberq bildirib.

"Biz NATO-nun 28 ölkəsinin beynəlxalq koalisiyanın tam üzvləri olmasını razılaşdırdıq. Koalisiyanın üzvü olmaq hərbi əməliyyatlarda iştirakımız demək deyil" – deyə Stoltenberq jurnalistlərə NATO ölkələri və hökumətləri başçılarının görüşünün yekunlarına dair açıqlama verərkən bildirib.

Onun sözlərinə görə, bu, NATO-ya təlim üzrə əlaqələndirmə və müdafiə qabiliyyətinin gücləndirilməsi də daxil olmaqla, siyasi müzakirədə iştirak etməyə imkan verəcək.

"Biz İraqın qüvvələrinə təlimi davam etdirəcəyik. İraqın əldəqayırma partlayıcı qurğuların zərərsizləşdirilməsi ilə bağlı NATO tərəfindən təlim görmüş əsgərləri indi Mosul uğrunda döyüşlərdə öz bacarıqlarından istifadə edirlər" – deyə baş katib qeyd edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm