FTB Trampın kürəkəni ilə bağlı araşdırmaya başladı
Bizi izləyin

Dünya

FTB Trampın kürəkəni ilə bağlı araşdırmaya başladı

Kuşner Rusiya ilə əlaqədə olması şübhəsi ilə ifadə verib.

ABŞ prezidenti Donald Trampın kürəkəni və baş sözçüsü Cared Kuşner Rusiya ilə əlaqədə olması şübhəsi ilə ifadə verib.

Publika.az “Washington Post” qəzetinə istinadən xəbər verir ki, Trampın kürəkəninin ifadəsini ABŞ-ın Federal Tədqiqatlar Bürosu (FTB) əməkdaşları alıb.

Cared Kuşnerin Rusiyanın Vaşinqtondakı səfiri Sergey Kislyak və rusiyalı bankirlə görüşlər keçirməsi onun FTB tərəfindən sorğulanmasına səbəb olub.

Məlumata görə, hazırda FTB Cared Kuşnerin Rusiya ilə bağlılığının olub-olmaması məsələsini ciddi şəkildə araşdırır.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm