Qalmaqallı türk aktrisası: Özümü seksual və məsum hiss edirəm
Bizi izləyin

Dünya

Qalmaqallı türk aktrisası: Özümü seksual və məsum hiss edirəm

Türkiyədə və ölkəmizdə böyük maraqla izlənilən “Medcezir” serialının qəhrəmanı Serenay Sarıkaya “Marie Claire” dərgisinə müsahibə verib. Sarıkaya müsahibəsində ailəsi, gələcək planları və həyatı haqqında bilinməyələrdən danışıb. Publika.Az həmin müsahibəni təqdim edir:

-Söhbətimizə Türkiyədə ən çox izlənilənlər sırasına daxil olan və sizin də baş rolunu canlandırdığınız “Medcezir” serialından başlamaq istəyirəm...

-“Medcezir” özümü ən yaxşı hiss etdiyim layihələrdən biridir. Çünki həm öz yaşıma uyğun bir rolu canlandırıram, həm də serial qısa müddətdə böyük uğur qazandı. Elə Mira obrazını da çox sevdim. Mira real bir obrazdır. O dünyanın ən yaxşı qızı və ya məsum bir mələk deyil, əksinə həyatın mərkəzindəki qəhrəmandır. O qədər gerçək bir obrazdır ki, sevgilisini qısqanır, onu başqası ilə bölüşmək istəmir. Həyatda ilk dəfə ona aid olan bir sevgisinin olduğunu hiss edir. Ona sahib çıxmaq istəyir. Onun sevgisinə uşaq kimi yaxınlaşmaq istəyir. Mən Mira kimi deyiləm və bunlar mənə çox maraqlı gəlir. Mira çox təlaşlıdır. Hər şeyə ani reaksiya verir. Özünə nəzarət etmir. İlk dəfədir ki, Mira belə bir imtahadan keçir. Elə ona görə belə təlaşlıdır və necə davaranacağını bilmir. Mən özümün ikili münasibətlərimdə çox sakit və durğunam. Əsasən müşahidə etməyə üstünlük verirəm. Hadisələri zamanın öhdəsinə buraxıram. Ani reaksiyalar vermirəm.

Serenay Sarıkaya: Aşk inandığım bir şey değil

-Canlandırdığınız obrazlarda nələr kəşf edirsiniz?

-Mira çox inadkar qızdır. Doğru bildiyinə ürəkdən inanır və bunu bütün insanlara göstərməyə çalışır. Əslində, Mira səssiz qışqırıqlarla dilə gətirir hisslərini. Miranın sayəsində duyğularımı ifadə edə biləcəyimi anladım.

“İstəyim atama və anama rahat həyat yaşatdırmaqdır”

Serenay Sarıkaya: Aşk inandığım bir şey değil

-Ali təhsili hər zaman xaricdə almaq istədiyinizi öyrəndik. Bizə bir az uşaqlıq xəyallarınızdan bəhs edə bilərsiniz?

-Uşaqkən, aktrisa olmağı heç düşünməmişdim. Daha çox modellik və dizayn kimi sahələrə maraq göstərirdim. Aktrisalıq mənim üçün təsadüfi oldu. Çox çətin bir sahədə belə kiçik yaşdan mübarizə aparmaq işin mənfi tərəfi olsa da, amma bu mübarizə heç vaxt məni ruhdan salmadı. Bəli, yordu, düşündürdü, amma heç vaxt vaz keçmədim. İndi də əziyyətimin bəhrəsini gördüyümü düşünürəm.

Serenay Sarıkaya: Aşk inandığım bir şey değil

-Bəs gələcək planlarınız nədir?

-İndiyə qədər ən çox xəyal etdiyim anama və atama rahat həyat yaşatdırmaqdır. Bunun da təməlini atıram. Bundan başqa elə böyük xəyalım yoxdur.

“Ailə qurmaqla bağlı heç bir hissim yoxdur”

Serenay Sarıkaya: Aşk inandığım bir şey değil

-Məşhur və subay bir qadın görəndə mütləq bu sualı verməliyəm. Ailə qurmağı düşünürsünüz? Cavab verməyə hazırsınızmı?

-Ailə qurmaqla bağlı hələ ki, heç bir şey hiss etmirəm.

- Bu nöqtədə mütləq eşqə toxunmaq lazımdır. Elə serialda da varlı qızla, kasıb oğlanın sevgi hekayəsi var. Səncə bu nə qədər real hekayədir?

-Mira və Yamanın hekayəsi gerçəklərdən çox da uzaq deyil. Məncə, hər kəs öz təbəqəsi ilə birləşmək məcburiyyətində deyil. Kaş, hər şey məntiqlə deyil, qəlbin hisslərinə görə reallaşa biləydi.

-Söhbətimiz keçmiş sevgiləri xatırladır.

-Böyük sevgilərin keçmişdə qaldığına inanlardanam. O vaxt sevgilər çox sirli və nağıllardakı kimi imiş. İndi də ətrafımda gözəl sevgilər yaşayan dostlarım var və onların hisslərinə də sayğılıyam.

Serenay Sarıkaya: Aşk inandığım bir şey değil

-İndiki əhval-ruhiyyəniz?

- Özümü yaxşı hiss edirəm. Özümü təbii hiss etdiyim müsahibə və çəkiliş oldu.

-Özünüzü seksual və ya məsum hiss edirsiniz?


- Məncə hər ikisi də var!



-Ən böyük qorxunuz nədir?


-Zehnimdə yox olmaq

- Özünüzü nə vaxt və harada xoşbəxt hiss etmişdiniz?


- Yaşadığım andan zövq aldığım hər zaman.

-Özünüz haqqında tək bir şey dəyişdirmək imkanınız olsa nəyi dəyişdirərdiniz?


- Daha az incinməyi.


-İnsanların haqqınızda səhv bildiyi nə isə var?


- Özümdən razı bir insan deyiləm. Deyəsən məni elə qələmə verirlər.

Serenay Sarıkaya: Aşk inandığım bir şey değil

-Evinizin ən sevdiyiniz hissəsi haradır?

- Mansarda kitab oxuyub, qəhvə içərək musiqi dinləməyi çox sevirəm.

-Aludə olduğunuz nə isə var?

- Bəzən yeməkdə özümə nəzarəti itirirəm, amma daha sonra qadağalar qoyuram.

Serenay Sarıkaya: Aşk inandığım bir şey değil

-Sizcə qadınların şəxsi münasibətlərində əsla etməməli olduğu addım nədir?

- Sorğu-sual!

- Kişiləri idarə etmək asandır?


- Mən heç vaxt kişilərə idarə etmək kimi yanaşmamışam.

Serenay Sarıkaya: Aşk inandığım bir şey değil

- Gözəl qadını necə təsvir edərsiniz?

- Özünü sevən qadın gözəl qadındır.

-Kişilər tərəfindən bəyənilmək sizcə nə qədər vacibdir?

- Belə bir düşüncə ilə yaşamaq çox çətindir, amma baxımlı olmaq şərtdir. Mən hər getdiyim yerə xüsusi hazırlaşmağa çalışıram.

Serenay Sarıkaya: Aşk inandığım bir şey değil

-Hər şeyi tərk edib getmək istədiyiniz bir yer var?


- Gördüyüm işlərə yadlaşdığım anlar olur. Bax, o vaxt qaçıb getmək istəyirəm.

-Özünüzü sorğu-suala çəkirsiniz?

- Yaşadığım hər şeydən dərs almağa çalışıram. Gecə yatarkən əgər o gün gözəl bir hadisə yaşamışamsa Allaha şükür edirəm. Səhvim olduğu bir olayda isə üzülür və bir daha həmin səhvimi təkrarlamamağa çalışıram.

Serenay Sarıkaya: Aşk inandığım bir şey değil

-Başqa bir yerdə yaşamağı düşünürsünüz?

- Xarici ölkədə, amma bütün fəsilləri yaz olan bir ölkədə.

-Sizi ən çox kim güldürür?

- Anam.


-Özünüzü ən çox nə vaxt azad hiss edirsiniz?

- Yazı yazarkən...


- Fədakarlığın sərhədi haraya qədərdir?


- Özünüzü unutduğunuz yerə qədər.

Serenay Sarıkaya: Aşk inandığım bir şey değil

-Pərəstişkar arınızdan eşitdiyiniz ən təəccüblü söz?

- ‘Nutella’m deyirlər mənə. Çox sevinirəm bu sözü eşidəndə.

-Bədəninizdə sevmədiyiniz yer hansıdır?

Serenay Sarıkaya: Aşk inandığım bir şey değil
- Mən olduğum üçün xoşbəxtəm


-Əsla nəyi geyinməzsiniz?

- Dəb o qədər sürətlə yenilənir ki, “Əsla” demək qeyri-mümkündür.

-Axırıncı dəfə nəyə ağlamısınız?


- Dostumun atası vəfat etmişdir. Çox üzülmüşdüm.

Serenay Sarıkaya: Aşk inandığım bir şey değil

-Keçmişə baxanda siz...

- Keçmidəki Serenay çox təşvişli idi. Böyük kimi görünməyə çalışan, amma kiçik qız idi. İndi də böyüməmişəm.


- Yatmamışdan öncə nə düşünürsünüz?

- Bütün günü və sabahkı planlarımı

Serenay Sarıkaya: Aşk inandığım bir şey değil
-Müsahibən sonrakı planınız?

- Dostlarımla yemək yeyəcəyəm.

Serenay Sarıkaya: Aşk inandığım bir şey değil

Çevirdi: Dəniz Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm