Trampın VİZA QADAĞASI rədd edildi
Bizi izləyin

Dünya

Trampın VİZA QADAĞASI rədd edildi

ABŞ Prezidenti Donald Trampın 6 ölkənin vətəndaşlarına vizaların verilməməsi və ölkəyə giriş qadağası haqqında qanunun qüvvəyə minməsi barədə tələbi ABŞ Federal Kassasiya Məhkəməsi tərəfindən rədd edilib.

Publika.az xəbər verir ki, Trampın yanvarın 27-də imzaladığı qanun daha əvvəl Vaşinqton məhkəməsi tərəfindən ləğv edilmişdi.

ABŞ-ın federal məhkəməsi bununla da Vaşinqton məhkəməsinin qərarının lehinə hökm verib.

Federal Kassasiya Məhkəməsinin hakimi Rocer L. Qreqori qanunun ölkədəki müəyyən bir dini qrupu hədəf aldığını vurğulayıb.

ABŞ-ın ədliyyə naziri Cef Sessions isə qərara etiraz edib: "ABŞ-ın Ədliyyə Nazirliyi bu ölkənin vətəndaşlarını təhlükələrdən qorumaq üçün bütün gücünü istifadə edəcək. Ali Məhkəmədən bu qərarı bir daha nəzərdən keçirməsini istəyəcəyik".

Trampın ABŞ-da miqrasiya ilə bağlı imzaladığı proqram isə 4 aylığına təxirə salınıb.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm