Azərbaycanlı miqrantlara Rusiyadan XOŞ XƏBƏR
Bizi izləyin

Dünya

Azərbaycanlı miqrantlara Rusiyadan XOŞ XƏBƏR

"Tariximizdə belə amnistiya hələ olmayıb”

Rusiya Federasiyası prezidenti yanında insan hüquqları üzrə şuranın başçısı Mixail Fedotov Rusiya hakimiyyətini ölkə tarixində ilk inzibati amnistiyanı keçirməyə çağırıb.

Publika.az “Kommersant” nəşrinə istinadən xəbər verir ki, M.Fedotov anmistiyanın Oktyabr inqilabının 100 illiyinə uyğunlaşdırmağı təklif edib.

Amnistiya sürücülər, iqtisadi və ya miqrasiya qanunvericiliyini, həmçinin kütləvi aksiyaların keçirilməsi qaydalarını pozanlara şamil edilə bilər.

“İnzibati qanun pozuntuları haqqında Kodeksimiz amnistiyayla əlaqədar cəzadan azad edilmə imkanını nəzərdə tutur. Ancaq tariximizdə belə amnistiya hələ olmayıb”, - o bildirib.

Fedotov qeyd etdi ki, artıq prezident administrasiyasına bu təşəbbüsü verib. Şura müvafiq qanun layihəsini hazırlamağa və Dövlət Dumasının müzakirəsinə tədqim etməyə hazırdır.

Rusiyada inzibati qanun pozuntuları üçün 2016-cı ildə 6,4 milyon insan cəzalandırılıb, onlardan 1,1 milyonu barəsində inzibati həbs qərarı qəbul edilib.

Qeyd edək ki, qeyri-qanuni miqrantların Rusiyadan deportasiya edilməsi ilə bağlı qanun 2012-ci il yanvarın 1-dən qüvvədədir. Rusiyanın ötən il açıqladığı rəsmi məlumata görə, azərbaycanlı miqrantlar da daxil olmaqla, ötən 4 il ərzində 120 min nəfərə yaxın miqrant miqrasiya qanunvericiliyinin pozmaqda ittiham olunaraq ölkə ərazisindən çıxarılıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm