ABŞ-da müsəlmanlar məscidə görə məhkəməyə üz tutdular
Bizi izləyin

Dünya

ABŞ-da müsəlmanlar məscidə görə məhkəməyə üz tutdular

"Abadlıq İdarəsinin bu qərarı ayrı-seçkilik kimi qəbul edilib".

ABŞ-ın Nyu-Cersi ştatında yaşayan bir qrup müsəlman dini ayrı-seçkilik iddiası ilə şəhər məhkəməsinə müraciət edib.

Publika.az xəbər verir ki, ABŞ-ın Nyu-Cersi ştatının Bayonne şəhərində müsəlmanların istifadə olunmayan bir anbarı bərpa edərək məscid açma müraciəti qəbul olunmayıb.

Abadlıq İdarəsinin bu qərarı ayrı-seçkilik kimi qəbul edilib. Müsəlman qrup Bayonne şəhər məhkəməsinə şikayət ərizəsi yazıb.

Bayonne Müsəlman İcmasının rəhbəri Əbdül Həmid Butt məsələ ilə bağlı rəsmi açıqlama verib. O bildirib ki, məscidin yaradılmasının qarşısını alan bir sıra qondarma maneələr irəli sürülsə də, layihə tamamilə rədd edilməyib.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm