Dünya
“İŞİD-i Rusiyanın anklavları ilə müqayisə etmək olar” - ŞOK İDDİA
“İŞİD terrorçularının sıralarında rus dili ərəb dilindən sonra millətlərarası ünsiyyət üzrə ikinci dilə çevrilib”.
Publika.az xəbər verir ki, bunu “Obozrevatel.LIVE”nin efirində Ukrayna Müsəlmanları Dini İdarəsinin müftisi Səid İsmagilov bildirib.
Onun sözlərinə görə, bu, İŞİD döyüşçüləri arasında Rusiyadan gəlmələrin çox olması ilə bağlıdır. Müfti qeyd edib ki, İŞİD-i Donbasda “Rusiyanın anklavı” olan Donetsk və Luqansk “xalq respublikaları” ilə müqayisə etmək olar.
“Hətta Mərkəzi Asiya respublikalarının vətəndaşlarını saymasaq, İŞİD-də Rusiyadan bir neçə min nəfər qatılıb. Səhra komandirləri rus dilində danışırlar. İnsanları başsız qoyulduğu təsvir edilən cinayət videolarında rus dilində danışırlar”, - mufti əlavə edib.
Qeyd edək ki, İŞİD-in tərkibində 3 min nəfərə yaxın postsovet ölkələrindən gəlmiş şəxslərin olduğu bildirilir. Rusiya kəşfiyyat xidmətinin məlumatına görə, bunlardan 1700 nəfəri Şimali Qafqazdan, əsasən də Çeçenistandandır. Hətta Rusiyadan İŞİD-ə qatılanların sayının 3 mindən çox olması haqda qeyri-rəsmi iddialar da var.
Ömər
-
Dəb15:16
Əməkdar artist italyan stili ilə diqqət mərkəzində - FOTO
-
Kriminal14:40
7 yaşlı uşağı öldürən məşqçiyə hökm oxundu
-
Sosial14:05
Gələn ilin pensiya artımları nə vaxt bəlli olacaq? - Komitə sədri açıqladı
-
Qoroskop13:26
Aprelin bəxtəvər 3 bürcü - Şans ayaqlarına gələcək
-
Dünya12:50
Yəhudilər Netanyahunu devirməlidir, yoxsa... - Sensasion açıqlama
-
İdman12:20
Onun ilk çılpaq fotosessiyanın pulunu Maradona ödəyib - FOTOLAR
-
İqtisadi gündəm12:05
Bayram günlərində bu şəxslərə əlavə pul veriləcək
-
İdman11:03
"Neftçi"də nə baş verir? - Qruplaşmalar, daxili çəkişmələr...