“Türkiyədə yarım əsrdir buna hazırlıq gedirdi” - ŞOK HESABAT
Bizi izləyin

Dünya

“Türkiyədə yarım əsrdir buna hazırlıq gedirdi” - ŞOK HESABAT

"Çevriliş cəhdinin arxasında FETÖ-nün olduğuna dair danılmaz informasiya və sənədlərə malikik".

Türkiyə Milli İstihbarat Təşkilatı (MİT) 15 iyul dövlət çevrilişinə cəhdlə bağlı məlumatları hesabat şəklində çevriliş cəhdini araşdıran komissiyaya təqdim edib.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu haqda komissiyanın rəhbəri Reşat Petek bildirib.

Komissiya rəhbəri keçirdiyi mətbuat konfransında həm MİT-in, həm də komissiyasının hazırladığı hesabatları təqdim edib. O, yarım əsrdir çevriliş üçün hazırlıq görüldüyünü deyib.

“Fəthullahçı Terror Təşkilatının dövlət qurumlarına necə sızdığına dair önemli məlumatlar əldə etdik. Çevriliş cəhdinin arxasında FETÖ-nün olduğuna dair danılmaz informasiya və sənədlərə malikik”, - Reşat Petek qeyd edib.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm