Qırğızlar Rusiyadan 433 milyon dollar pul çıxardı
Bizi izləyin

Dünya

Qırğızlar Rusiyadan 433 milyon dollar pul çıxardı

Rusiyada muzdlu işləyən qırğızlar 2017-ci ildə öz ölkələrinə rekord həddə pul göndəriblər.

Publika.az xəbər verir ki, Rusiya Milli Bankının məlumatına görə, qırğızlar 2017-ci ilin birinci rübündə 433 milyon dollar köçürmə yolu ilə ailələrinə pul yollayıblar. Bu, ötən ilin anoloji dövrü ilə müqayisədə 67% çoxdur. 2016-cı ilin ilk rübündə bu rəqəm 291 milyon dollar təşkil edib.

Qeyd edək ki, buna qədər qırğızların göndərdiyi rekord pul 2013-cü il üçün hesab olunurdu - 411 milyon dollar.

Son 12 ildə isə qırğız kişilər Rusiyadan 16,4 milyard dollar çıxarıblar. Qazaxlar isə 12 ildə cəmi 230 milyon dollar yollaya biliblər.

Şəfiqə ŞƏFA

Oxumağa davam et
Reklam
Reklam

Gündəm