“Əl sıxma döyüşü”ndə məğlubiyyət, 29-cu üzvə göstərilən yer: Trampın BRÜSSEL SƏRGÜZƏŞTLƏRİ - - VİDEO
Bizi izləyin

Dünya

“Əl sıxma döyüşü”ndə məğlubiyyət, 29-cu üzvə göstərilən yer: Trampın BRÜSSEL SƏRGÜZƏŞTLƏRİ - - VİDEO

NATO-nun Brüssel sammitində əsas hadisələrin məhz ABŞ prezidenti Donald Tramp ətrafında cərəyan edəcəyi gözlənilirdi. Hərbi alyansın 29-cu ölkəsi olacağı artıq dəqiqləşən Monteneqronun baş naziri Duşko Markoviçi əli ilə itələyən Donald Tramp gözləntiləri doğrultdu.

ABŞ prezidenti sammit iştirakçılarının çəkdirəcəyi birgə foto üçün ön cərgədə yer tutmağa çalışırdı. Hadisəni CNBC telekanalının jurnalisti Stiv Kopak çəkdi və videonu Tvitter hesabında yerləşdirdi.

Rusiya Federasiya Şurasının informasiya siyasəti üzrə komitəsinin sədri Aleksey Puşkov Trampın hərəkətini şərh edərək bildirib ki, ABŞ lideri sadəcə olaraq Monteneqroya NATO-da hansı yeri tutduğunu göstərdi.

“Tramp, əlbəttə, NATO sammitində Monteneqronun baş nazirini çox zəif itələdi. Amma o baş nazirə ittifaqda əsl yerini göstərdi”, - rusiyalı senator Tvitterdə yazıb.

“Associated Press” agentliyinin yazdığına görə, Monteneqronun baş naziri videoçarxı şərh edərək ciddi qəbul ediləcək heç nəyin olmadığını bildirirb.

"Əslində, əvvəlcə mən hətta buna diqqət vermədim. Mən sadəcə, sosial şəbəkələrdə hadisəyə reaksiyanı gördüm”, - o deyib.

Baş nazir əlavə edib ki, Trampın ondan öndə dayanmaq haqqı var. Güman edilir ki, Monteneqro iyunun 5-də NATO-nun 29-cu üzvü olacaq. Ölkənin hərbi alyansa giriş prosesi hələ 2003-cü ildə başlanıb.

Ağ Evin mətbuat katibi Şon Spayser qeyd edib ki, prezident birgə foto üçün müəyyən edilmiş düzülüş sxeminə baxırdı. Lakin Spayser internetdə yayılan kardları şərh etməkdən imtina edib.

“Mən videoya baxmamışam”, - o vurğulayıb.

Sammiti izləyən jurnalistlər daha bir maraqlı hadisəni diqqətdən qaçırmayıblar. “Röyters” agentliyinin yazdığına görə, ABŞ prezidenti Donald Tramp “əl sıxma döyüşü”ndə fransalı həmkarı Emmanuel Makrona məğlub olub.

“Tramp Brüsseldə Fransa prezidenti şəxsində bərabər “rəqib”lə qarşılaşıb. Tramp və Makron bir-birinin əlini elə bərk sıxdı ki, onlarda barmaqların sümükləri ağıdı. Fransız bu “döyüş”dən qalib çıxdı. Şəkillərə əsasən, Tramp təslim oldu və əlini ilk olaraq zəiflətdi”, - məqalənin müəllifi qeyd edib.

Müəllif bildirib ki, Makronun müvəffəqiyyəti Almaniya kansleri Angela Merkel üçün də nümunə ola bilər.

Donald Tramp özünün xüsusi əl sıxma üslubu ilə məşhurdur. Bu üslub “dart və dart” adlanır. “Röyters”in əməkdaşı güman edir ki, bu, gücün nümayişi ola bilər.

Daha əvvəl KİV-in yazdığına görə, ABŞ prezidenti Ər-Riyadda “əl sıxma döyüşü”ndə Tacikistan prezidenti Emomali Rahmona məğlub olub.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm