Vatikanda din adamının 6,5 milyonluq fırıldağı
Bizi izləyin

Dünya

Vatikanda din adamının 6,5 milyonluq fırıldağı

Vatikanın köhnə bank işçisi İtalyan din adamı Skarano və digər 2 nəfər haqqında həbs əmri çıxarılıb

İtaliyada köhnə bir Vatikan Bank işçisi olan baş rahib Nunzio Skarano həyata keçiririlən korrupsiya əməliyyatı çərçivəsində saxlanılıb.

Pul ələ keçirməkdə günahlandırılan Vatikanın köhnə bank işçisi İtalyan din adamı Skarano və digər 2 nəfər haqqında həbs əmri çıxarılıb.

Anspress-in "BBC"-yə istinadən məlumatına görə, polis bu gün Skaranonun Salernodakı lüks villası daxil olmaqla mülklərdə və bank hesablarında təxminən 6,5 milyon avro ələ keçirıb.

61 yaşlı din xadimi Solernoda tənəffüs xəstəliyi səbəbilə ölməkdə olanların olduğu bir evə ianə etmək adı ilə yığdığı pullarla mülklərindən birinin kreditini ödəmək üçün istifadə etməkdə günahlandırılır.

Nunzio Skaranonun İtaliyaya qeyri-qanuni yollardan 20 milyon avro daxil etməyə çalışması səbəbindən mühakimə olunduğu və ev həbsində tutulduğu bildirilir.

Qeyd edək ki, Papa Fransis keçən il bir sıra skandaldan sonra Vatikan bankının fəaliyyətlərinin nəzərdən keçirilməsi üçün bir komissiya qurmuşdu.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm