Kiyev əməliyyatlarının dayandırılması şərtlərini açıqladı
Bizi izləyin

Dünya

Kiyev əməliyyatlarının dayandırılması şərtlərini açıqladı

Kiyev əməliyyatlarının dayandırılması şərtlərini açıqladı

Ukrayna prezidenti səlahiyyətlərinin müvəqqəti icraçısı, Ali Rada sədri Aleksandr Turçinov ölkənin şərqində terrorçuluğa qarşı əməliyyatın dayandırılması şərtlərini açıqlayıb.

Publika.az – ın “RBK-Ukrayna” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, o, Ali Radada etdiyi çıxışında bunun üçün terrorçuların əlindəki silahların toplanmalı və girovların azad edilməli olduğunu deyib.

Kramatorsk yaxınlığında terrorçuların hərbi bazasının məhv edildiyini deyən A.Turçinov əməliyyatların dinc əhalinin müdafiəsi məqsədi ilə keçirildiyini bildirib. Ali Rada sədri böhranı rəsmi Kiyevlə sülh yolu ilə həll etmək istəyənlərlə dialoqa hazır olduğunu dilə gətirib.

Eyni zamanda o, vurğulayıb ki, Ukraynaya qarşı müharibə aparanlar adekvat cavab alacaq.

Qeyd edək ki, Ukrayna Kommunist Partiyasının parlament fraksiyasının lideri Pyotr Simonenko terrorçuluğa qarşı əməliyyatların dərhal dayandırılması və qoşunların Luqansk ilə Donetsk vilayətlərindən çıxarılmasını tələb edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm