ABŞ kəşfiyyatından qorxunc MÜHARİBƏ ANONSU: razılaşmaya ümidlər azdır və 2018-ci ildə...
Bizi izləyin

Dünya

ABŞ kəşfiyyatından qorxunc MÜHARİBƏ ANONSU: razılaşmaya ümidlər azdır və 2018-ci ildə...

Müharibə üçün kədərli proqnoz verib.

ABŞ kəşfiyyatı Donbas müharibəsi üçün kədərli proqnoz verib.

Publika.az “Ukrinform”a istinadən xəbər verir ki, ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) hərbi kəşfiyyat idarəsinin direktoru, general-leytenant Vinsent Stüart Ukraynanın şərqində döyüş əməliyyatlarının 2018-ci ildə də davam edəcəyini deyib.

“Rusiya tərəfindən dəstəklənən separatçılar və Ukrayna hökuməti arasında ölkənin şərqində gedən münaqişə, görünür, növbəti il ərzində də davab edəcək. O halda Minsk razılaşmalarının tam icrasına ümidlər azalır”, - amerikalı general Senatın silahlı qüvvələr komitəsində təqdim etdiyi məruzəsində bildirib.

Onun sözlərinə görə, təması xətti boyu zorakılıq, ehtimal ki, lokal döyüşlər səviyyəsində qalacaq. Pentaqonun kəşfiyat rəhbəri eyni zamanda bildirib ki, Rusiya münaqişənin eskalasiyasına hazırlığı saxlayır.

Vinsent Stüart vurğulayıb ki, Rusiya hərbi potensialı əhəmiyyətli dərədəcə müasirləşdirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm