Azərbaycan sərhədlərində dəhşətli silah laboratoriyaları: ABŞ-ın gizli mərkəzlərinin ŞOK MƏQSƏDİ
Bizi izləyin

Dünya

Azərbaycan sərhədlərində dəhşətli silah laboratoriyaları: ABŞ-ın gizli mərkəzlərinin ŞOK MƏQSƏDİ

Bu, bakterioloji silahın yaradılmasına qədər bir addımdır.

Postsovet məkanında ABŞ-ın hərbi-siyasi mövcudluğu bir qayda olaraq, hərbi bölmələrin yerləşdirilməsi, bazaların qurulması, arzu olunmayan rejimlərin devrilməsi məqsədi ilə müxtəlif “rəngli inqilablar”ın təşkili və başqa "atributlar”la assosiasiya edilir.

Publika.az-ın xəbərinə görə, ancaq Amerika geosiyasi ekspansiyası bəzən müxtəlif bioloji laboratoriyalar şəklində də özünü göstərir. EADaily saytının yazdığına görə, ABŞ-da yaradılan referens-laboratoriyalar 2010-cu ildən Ukrayna, 2011-ci ildən Gürcüstan, 2016-cı ildən isə Qazaxıstan, Ermənistan və Özbəkistanda fəaliyyət göstərir.

Ermənistana gəlincə, ABŞ Rusiyanın müttəfiqinin ərazisində üç laboratoriya açıb. Bunlar İrəvan, Gümrü və İcevan şəhərlərində yerləşir. Layihəni ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) təhlükələrinin azaldılması üzrə agentliyi maliyyələşdirir. Xüsusi halda, Ermənistan Kənd Təsərrüfatı Nazirliyinə referens-laboratoriyanın yaradılması məqsədi ilə 4,1 milyon dollar ayrılıb. Bundan başqa, 9,8 milyon Ermənistan Səhiyyə Nazirliyinə “nəzarət və xəstəliklərin profilaktikası üzrə Milli Mərkəzi” adlanan laboratoriyanın təmiri üçün verilib. 1,7 milyon dollar isə hər iki müəssisə üçün yeni avadanlıqların alınmasına ayrılıb.

Əlbəttə, Amerika səfirliyinin nümayəndələri, həmçinin yuxarıda göstərilən idarələr dəfələrlə inandırıblar ki, laboratoriyaların fəaliyyəti heç bir halda geosiyasi problemlərlə bağlı deyil. Səhiyyə Nazirliyinin nümayəndələri hələ keçən ilin sonunda bildiriblər ki, Ermənistan yüksək miqrasiya olan regiondadır və xəstəliklərin respublikaya daxil olma ehtimalı böyükdür. Və öz üzərinə götürülmüş beynəlxalq öhdəliklərə əsasən, Ermənistan guya ölkə daxilində və onun hüdudları xaricində xəstəliklərin yayılmasının qarşısını alaraq bu təhlükələri aşkar etməli, onlara reaksiya verməlidir. Erməni tərəfi həmçinin qeyd edir ki, laboratoriya geosiyasi əhəmiyyətə malik ola bilməz, çünki ölkə bioloji silahın yayılması risklərinin azaldılması üzrə öhdəlikləri qəbul edib.

Aprelin sonunda analoji şərhlə ABŞ-ın İrəvandakı səfirliyi çıxış etdi. Amma EADaily saytı qeyd edir ki, gözəl frazalar və itilənmiş diplomatik qısa fikirlər mövcud şübhələri aradan qaldıra bilməz. Bundan başqa, şübhələr İrəvanda biolaboratoriyanın fəaliyyəti haqqında EADaily-nin çəkiliş qrupu tərəfindən hazırlanmış kiçik videosüjet daha da gücləndirdi. İlk növbədə, anlaşılmazdır ki, Ermənistanda virusların yayılması üzrə potensial təhlükələrlə, heç olmasa ABŞ Səhiyyə Nazriliyi deyil, niyə Pentaqon mübarizə aparmalıdır?

“Məlumatlandırılmış və qorunmuş istehlakçı” İctimai təşkilatın sədri Babken Pipoyanın fikrincə, referens-laboratoriyaların Ermənistan ərazisində fəaliyyət ən müxtəlif problemləri və təhlükələri gətirə bilər.

“Amma biz anlayırıq ki, laboratoriya gizli obyekt deyil. Əgər risklər varsa, xüsusi xidmət orqanları, və Ermənistan hökuməti, o cümlədən Ermənistanın strateji müttəfiqi kimi Rusiya bilir. Əlbəttə, ABŞ tərəfindən Ermənistanda laboratoriyaların yaradılması Rusiyanın xoşuna gələ bilməz, amma düşünürəm ki, erməni tərəfi rusiyalı həmkarları ilə müzakirələrin gedişatında lazımlı arqumentləri ortaya qoyub”, - Pipoyan hesab edir.

Amma məsələ ondadır ki, referens-laboratoriyaların işi yalnız ABŞ hərbi müəssisəsinin nəzarəti altında olmalıdır. Laboratoriyalar ABŞ-a onun yerləşdiyi post-sovet ölkəsinin ərazisində, həmçinin transsərhəd qonşularında bioloji vəziyyətə tamamilə nəzarət etməyə imkan verir. Eyni zamanda hər virusoloq qaydanı bilir: bakteriyaların öyrənilməsi bakterioloji silahın yaradılmasına qədər bir addımdır.

Bundan başqa, biolaboratoriyalar ölkələrin hökumətinin nəzarəti altından çıxarılıb. Laboratoriyalar qapalı rejimdə işləyir. Sırf amerikalılardan ibarət olan laboratoriyaların personalı diplomatik immunitetə malikdir və yerli mülki səhiyyənin nümayəndələrinin bu obyektlərə birbaşa giriş hüququ yoxdur. Laboratoriyaların əməkdaşlarının sayı 50-dən 250-ə qədərdir.

Postsovet məkanında ABŞ tərəfindən maliyyələşdirilən laboratoriyalar Vaşinqton tərəfindən bütün dünyada genişləndirilən qlobal sistemin bir hissəsidir. Rusiyanın sərhədləri boyunca yaradılan Amerika laboratoriyaları şəbəkəsi Pentaqona bir sıra strateji məsələlərİ həll etməyə imkan verir. Bu, müxtəlif patogenlər haqqında məlumatların toplanması və bioloji silahın yaradılması üçün bu məlumatlardan istifadədir.

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin amerikalı məsləhətçisi Cefri Silverman hələ 2015-ci ilin sonunda gürcü jurnalisti Xviç Konsaladzeyə verdiyi müsahibəsində bildirmişdi ki, ABŞ laboratoriyaları bioloji silahın qadağası haqqında konvensiyanı keçmək məqsədi ilə yaradılır. Gürcüstandakı laboratoriya Tiflis aeroportu yaxınlığında yerləşir. Amerikalılar bu laboratoriyanın yaradılmasına 300 milyon dollar xərcləyiblər.

Xatırladaq ki, Saakaşvili hakimiyyətdən gedənə kimi Moskva Tiflisə qarşı iqtisadi müharibəsini davam etdirirdi. Rusiya 2013-cü ildə əvvəlcə gürcü şərabi və butulkalarına 7 ildir qoyduğu embarqonu götürdü, daha sonra öz sərhədlərini Gürcüstanın mineral sularına açdı. Sonra qəfildən Rusiya ilə Gürgüstan arasında ticarət əlaqələrinin normallaşması böyük maneəyə rast gəldi. Baş sanitar həkim Gennadiy Onişenko Gürcüstandan gələn meyvə və tərəvəzin Rusiyaya gətirilməsinə qadağa qoyacağını söylədi. O, Rusiyanın Avropa hissəsində 2 min km məsafəyə yayılan vəba xəstəliyinin Birləşmiş Ştatların maliyyələşdirdiyi Tiflis aeroportu yaxınlığındakı laboratoriya tərəfindən yayıldığını bildirdi.

Adətən təhlükəli infeksiyalar Afrika və Cənubi Asiya ölkələrində təsbit edilir. Amerika hərbçiləri bu ölkələrdə müvəffəqiyyətli epidemioloji vəziyyətə yüksək maraq göstərirlər. Ancaq Vaşinqton əsas geosiyasi rəqibi – Rusiya ilə coğrafi yaxınlığı olan ölkələrdə yaradılan “laboratoriyalar” Pentaqonun fəallığının prioritet istiqamətlərindəndir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm