Dünya
Sabiq prezidentin qəbri dağıdıldı
Fransanın sabiq prezidenti, ölkədə Beşinci respublikanın banisi Şarl de Qollun qəbri naməlum şəxslər tərəfindən dağıdılıb.
Publika.az xəbər verir ki, insident Yuxarı Marna departamentində, Kolombe-le-Dez-Eqliz yaşayış məntəqəsində baş verib.
Məlumata görə, iki naməlum şəxs 17.00 radələrində (Bakı vaxtı ilə 19.00-da) qəbiristanlığa daxil olub. Onlardan biri qəbrin üstünə qalxaraq sinə daşı üzərində quraşdırılmış daş xaçı aşırıb. Nəticədə daş xaç parçalanıb.
Polis insidenti araşdırır.
Əfsanəvi fransız generalı və siyasətçisi Şarl de Qoll (1890 –1970) İkinci dünya müharibəsində alman faşistlərinə qarşı Müqavimət hərəkatına rəhbərlik edib. 1944-46-cı illərdə Fransada yaradılmış müvəqqəti hökumətə başçılıq edib. Daha sonra Qoll konstitusiya islahatını həyata keçirir və Beşinci respublikanın əsasını qoyur. Qoll 1958-ci ildə yeni respublikanın prezidenti seçilir. O, 1959-69-cu illərdə Fransanın prezidenti kimi yeni respublikanın formalaşmasında böyük rol oynayıb. O, 1969-cu ildə istefa verib və 1970-ci ilin noyabrında vəfat edib.
-
İdman11:03
"Neftçi"də nə baş verir? - Qruplaşmalar, daxili çəkişmələr...
-
Sosial10:31
Hətta xasiyyəti belə dəyişən ay - Daim içki içən şəxs Ramazanda oruc tutarsa...
-
Ekologiya09:57
Rayonlara qar yağdı, şaxta düşdü - FAKTİKİ HAVA
-
Region09:24
Almanlar Ermənistanın Azərbaycan və Türkiyə ilə sərhədində görün nə edirlər - FOTO
-
Nida Xəbər 09:03
Mehriban Əliyevadan İlaxır çərşənbə ilə bağlı paylaşım - FOTO
-
Qoroskop08:34
Pul və sevgidə bəxti gətirəcək 3 BÜRC
-
Nəqliyyat08:22
Bakının bu yollarında tıxac yarandı - SİYAHI
-
Sağlamlıq07:08
Səhər oyanan kimi 5 ədəd qoz yesəniz, görün nələr olacaq...