Türkiyə 10 terrorçunu məhv etdi
Bizi izləyin

Dünya

Türkiyə 10 terrorçunu məhv etdi

Van əyalətində 10 PKK terrorçusunu məhv edib.

Türkiyə Hərbi Hava Qüvvələri anti-terror əməliyyatı çərçivəsində Van əyalətində 10 PKK terrorçusunu məhv edib.

Trend-in Anadolu agentliyinə istinadən verdiyi məlumata görə, terrorçuların yeri pilotsuz uçuş aparatları vasitəsilə təyin edilib. Əməliyyatda F-16 qırıcı təyyarələri iştirak edib.

Qeyd edək ki, PPK terror qruplaşması Türkiyənin dövlət qurumlarına və vətəndaşlarına silahlı hücumlar edir. 2015-ci ilin iyul ayından PPK-nın hücumları nəticəsində 500 dinc sakin və 800 təhlükəsizlik qurumlarının əməkdaşları öldürülüb. Təhlükəsizlik qüvvələrinin keçirdikləri əməliyyatlar zamanı 10 min PKK terrorçusu öldürülüb və ya həbs edilib.

ABŞ və Avropa İttifaqı PKK-nı terror təşkilatları siyahısına daxil ediblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm