Dünya
"Səudiyyə Ərəbistanının başında "ləyaqətsiz insanlar" durur"
"İslam cəmiyyətinin problemi Səudiyyə kimi bir sıra müsəlman icmalarında hakimiyyəti ləyaqətsiz insanların zəbt etməsi ilə əlaqədardır".
Publika.az report-a istinadən xəbər verir ki, bunu şənbə günü Tehranda müqəddəs Ramazan ayının başlanması ilə əlaqədar keçirilən təntənəli mərasimdə çıxışı zamanı İranın ali dini lideri Əli Xameneyi deyib.
"Belə vəziyyət İslam dininin əsasları və Quranın müddəalarından uzaqdır. Bu insanlar milyonlarla tiraj Quran buraxırlar, amma əməlləri və hərəkətləri Quranın təlimatları ilə ziddiyyət təşkil edir. Onlar kafirlərlə dostluq edir, onlara vəsait verirlər, halbuki onu xalqın yaşayışının yaxşılaşdırılmasına yönəldə bilərdilər", - deyə İranın lideri bu yaxınlarda ABŞ və Səudiyyə Ərəbistanı arasında 110 milyard dollarlıq Amerika silahlarının alınmasına dair əldə edilən sövdələşməni nəzərdə tutaraq bildirib.
"Onlar düşünürlər ki, pul müqabilində düşmənin rəğbətini qazanmaq olar. Həqiqətdə isə heç bir rəğbət yoxdur. Amerikalılar özləri deyirlər ki, onlardan (səudiyyəlilərdən) südverən inək kimi istifadə edəcəklər və sonda kəsilməyə göndərəcəklər", - deyə İran lideri bildirib.
-
Nida Xəbər 14:46
Göyçə yolu bağlandı: Basarkeçərin 10 kəndi qaytarılır?
-
Kriminal14:33
Azərbaycanda kişi arvadını qətlə yetirməsini lentə aldı - İNANILMAZ FAKTLAR
-
Hadisə14:03
Azərbaycanın Koreyadakı səfirinin ailəsində AĞIR İTKİ
-
Nida Xəbər 13:10
Paşinyan 5 saatlıq qapalı görüşdə 4 kəndlə bağlı nələr deyib?
-
Sosial12:57
Əhaliyə şad xəbər: bu evlər ucuzlaşacaq
-
Magazin112:22
Məleykə Əsədovanın görün neçə yaşı oldu
-
Region11:42
Nikolyanı Ermənistana buraxmadılar: Qarabağda yaralanmışdı, Qazaxla sərhəddə...
-
Nida Xəbər 11:32
Ermənistan polisi Bağanis-Voskepar yolunu bağladı