Tarixin ən bahalı transferi olacaq FUTBOLÇU
Bizi izləyin

Dünya

Tarixin ən bahalı transferi olacaq FUTBOLÇU

Avropa futbolunda transfer pəncərəsi rəsmən açıqlanır.

Avropa futbolunda transfer pəncərəsi rəsmən açıqlanır.

Artıq klublar heyətlərinə yeni oyunçular cəlb etməyə başlayır.

"Real"ın 2009-cu ildə Kriştianu Ronalduya görə "Mançester Yunayted"ə 94 milyon avro ödəməsindən sonra transferlərə böyük pulların ödənməsi prosesi start götürüb. İndi dünyanın ən bahalı futbolçusu Paul Poqbadı ki, "Mançester Yunayted" ötən yay onu "Yuventus"dan 110 milyon avroya transfer edib. Transfer rekordları arasında "Real"ın 101 milyona aldığı Qaret Beyl, "Yuventus"un 90 milyona heyətinə qatdığı Qonzalo Hiquayn kimi ulduzlar var. İndi klublar sıradan futbolçulara belə 20 milyon avrodan artıq pul ödəyir.

Bəs bu yayın transfer bombası kim ola bilər? Ümumiyyətlə, Paul Poqbanın rekordunu kimin qırması gözlənilir? Publika.az fanat.az-a istinadən xəbər verir ki, bu ada ən real namizəd Kilian Mbappe hesab olunur. "Monako" artıq ulduzu üçün 100 milyonluq təklifləri geri çevirib. Fransa klubunun onu ən azı 120 milyona satmaq istədiyi deyilir ki, bu da futbol tarixinin yeni rekordu hesab olunur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm