İki sərnişin göydə mübahisə etdi - Təyyarə təcili endirildi
Bizi izləyin

Dünya

İki sərnişin göydə mübahisə etdi - Təyyarə təcili endirildi

Sərnişinlərdən biri sərxoş olub.

Rusiyanın Moskva şəhərindən Türkiyənin Dalaman şəhərinə uçan təyyarə Krasnodarda təcili eniş edib.

Trend-in "TASS"a istinadən verdiyi məlmata görə, təcili enişə səbəb iki sərnişin arasında yaranan mübahisə olub.

"Bu gün saat 05:30-da Moskvadan Türkiyənin Dalaman şəhərinə uçan təyyarə təcili eniş edib. Təyyarədən mübahisə edən 2 sərnişin çıxarılıb. Sonradan məlum oldu ki, sərnişinlərdən biri sərxoş olub", - məlumatda deyilir.

Xəbərdə deyilir ki, hazırda 2 sərnişin polis şöbəsindədir, baş vermiş faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm