Ukraynada deputatın evi atəşə tutuldu - - FOTO
Bizi izləyin

Dünya

Ukraynada deputatın evi atəşə tutuldu - - FOTO

Deputat baş verənləri siyasi fəaliyyəti ilə əlaqələndirir.

Ukraynanın Nikolayevski vilayətində yerli deputat Yuri Kondratenkovun evi atəşə tutulub.

"Report" xəbər verir ki, bu barədə "Batkivşina" partiyasının vilayət üzrə təşkilatının rəhbəri Mixail Sokolova istinadən "112 Ukraina" telekanalı məlumat yayıb.

"Voznesensk şəhərində naməlum şəxslər təhdid və ya xəbərdarlıq məqsədi ilə şəhər şurasının "Batkivşin"a partiyasından olan deputatı Yuri Kondratenkovun yaşadığı evi atəşə tutublar. Həmçinin evin qapısı üzərində nəyisə xatırladan çələng asılıb və nişan şəkili çəkilib", - deyə o əlavə edib.

Kondratenkov özü isə baş verənləri siyasi fəaliyyəti ilə əlaqələndirir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm