İran sərhədində atışma - Ölənlər var
Bizi izləyin

Dünya

İran sərhədində atışma - Ölənlər var

Sakinlər terroru lənətləyiblər.

İranın Türkiyə ilə sərhəd bölgəsində yerləşən Qərbi Azərbaycan vilayətində sərhədçilərlə “Pejak” terror təşkilatının üzvləri arasında atışma olub.

İranın Qərbi Azərbaycan vilayətinin sərhəd qoşunları komandanı general İzzətullah Rəşidian mətbuata verdiyi açıqlamasında bildirib ki, Urmiyə sərhəd qoşunlarının patrul dəstəsi sərhəd zolağında patrul xidməti zamanı "Pejak" terror qruplaşmasının üzvləri ilə qarşılaşıb. Tərəflər arasında baş verən silahlı toqquşmada 2 sərhədçi həlak olub, daha 2 sərhədçi isə yaralanıb.

Atışma zamanı bir neçə terrorçunun yaralandığını və hazırda onların təqib olunduğunu deyən general İ.Rəşidian hadisə ilə bağlı araşdırma aparıldığını qeyd edib.

Həlak olan sərhədçilər Məhəmmədrza Firuzi ve Cavad Fərahi bu gün Urmiya şəhərində dəfn ediliblər. Sərhədçiləri son mənzilə yola salmaq üçün şəhərin mərkəzinə toplaşan sakinlər terroru lənətləyiblər.

Qeyd edək ki, “Pejak” PKK terror təşkilatının İrandakı qoludur. Bu təşkilatın silahlıları İraq, Türkiyə və İranın sərhədindəki Qəndil dağında gizlənirlər. (Azərtac)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm