ABŞ-ın terrorçuların əli ilə İŞĞAL PLANI
Bizi izləyin

Dünya

ABŞ-ın terrorçuların əli ilə İŞĞAL PLANI

Hazırda PYD ABŞ-ın dəstəyi ilə Deyrizora doğru irəliləyir.

ABŞ-ın dəstəklədiyi PYD (PKK-nın Suriyq qolu-red) Haseke və Rakka bölgələrindən sonra gözünü Deyrizora dikib.

Publika.az
xəbər verir ki, PYD bölgəyə ABŞ-la birgə hücum panları qurur. Bununla yanaşı, bölgədəki aşirətlərlə (yerli nəsillər) görüşlər keçirir. Məlumata görə, bölgədən gündə min barel neft çıxarılır ki, bu da milyon dollar qazanc deməkdir.

“Yeni Şafak” qəzeti yazır ki, hazırda PYD ABŞ-ın dəstəyi ilə Deyrizora doğru irəliləyir.

“Böglədə silahlı toqquşmalar davam edir. ABŞ PYD vasitəsilə bölgədəki ən böyük aşirətlərin liderləri ilə görüşlər keçirərək, ittifaq qurmaq istəyir. Deyrizorla yanaşı, zəngin neft yataqları olan Meyadin də hədəfdədir”, - deyə qəzet yazıb.

Qəzetə danışan Suriya keçid hökumətinin energetika naziri Abdullah Rezzak bildirib ki, PYD-yə Deyrizorun və digər yaxın bölgələrin neft yataqlarını tutmağa ABŞ-la yanaşı, İngiltərə də kömək edir.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm