İŞİD ölkəyə hücuma keçdi, küçələr cəsədlərlə doludur - - FOTOLAR
Bizi izləyin

Dünya

İŞİD ölkəyə hücuma keçdi, küçələr cəsədlərlə doludur - - FOTOLAR

Təhlükəsizlik qüvvələri bölgədə qalan vətəndaşları xilas etmək üçün əməliyyatları davam etdirir.

Filippinin Mindao əyalətinin Maraşi bölgəsində İŞİD terror qruplaşması ilə əlaqəli olan Maute təşkilatı ard-arda terror aktları törədib. Küçələrdə təhlükəsizlik orqanlarının nümayəndələri ilə təşkilatın üzvləri arasında qarşıdurmalar fasiləsiz olaraq davam edir.

Publika.az xəbər verir ki, Maraşi bölgəsində 200 min nəfərdən çox insan yaşayır. Onların təxminən 90%-i ərazidən uzaqlaşdırılaraq daha təhlükəsiz yerlərdə müvəqqəti sığınacaqlarla təmin olunub.

Aparılan axtarışlarda əsir götürülmüş 16 nəfərin cəsədləri üst-üstə atılmış şəkildə tapılıb. Təhlükəsizlik qüvvələri bölgədə qalan vətəndaşları xilas etmək üçün əməliyyatları davam etdirir.

Maute terror təşkilatı iki məktəbi, bir həbsxana və kilsəni yandırıb.

Hadisələrin baş verdiyi ərəfədə Rusiyada olan Filippinin dövlət başçısı Rodriqo Duterte təcili ölkəyə qayıdaraq səfərbərlik elan edib.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm