Ohanyanın Moskvaya sirli səfəri: Putin Ermənistanda YENİ PLANINI İŞƏ SALIR
Bizi izləyin

Dünya

Ohanyanın Moskvaya sirli səfəri: Putin Ermənistanda YENİ PLANINI İŞƏ SALIR

Rusiya Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyana “stavka” edir.

Publika.az
xəbər verir ki, bu barədə erməni jurnalist Sarkis Artsruni yazıb.

Onun sözlərinə görə, Ohanyan aprelin 2-dən sonra – Ermənistanda parlament seçkilərinin nəticələri açıqlanan kimi Moskvaya sirli səfər edib.

“Məlumatlara görə, Ohanyan Moskvada özünə “iş” axtarmağa gedib. Hazırda o, Moskvada “ehtiyatda olan kadr” kimi gözləyir. Lakin güman ki, onun yeni işi Rusiyada yox, Ermənistanda olacaq. Onunla eyni blokda olan Raffi Ovannisyan bildirdi ki, Ohanyan parlamentdən kənardakı bütün müxalifətin lideri olmalıdır. Görünür, Ohanyan müxalifətdəki rusların adamı missiyasına qayıdacaq. Hansı ki, 2000-ci illərdə keçmiş müdafiə naziri Vaqarşak Artünyan da eyni rolu oynayırdı. 2004-2005-ci ildə erməni müxalifəti Qərbə yönələn kimi Vaqarşak Moskvanın tapşırığı ilə bu planları alt-üst etdi”, - deyə erməni jurnalist yazıb.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm