Moldova 5 rusiyalı diplomatı “persona non qrata” elan etdi
Bizi izləyin

Dünya

Moldova 5 rusiyalı diplomatı “persona non qrata” elan etdi

Beş rusiyalı diplomatdan Moldovanı tərk etmək tələb olunub.

APA-nın məlumatına görə, bu barədə “Publika” telekanalı Moldova xarici işlər nazirliyinin mətbuat katibi Anna Samsona istinadən xəbər verib.

Hadisənin təfərrüatları barədə ətraflı məlumat verilmir. Rusiyanın Moldovadakı səfiri Fərid Muxametşin faktı təsdiqləyib: “Hazırda bizə göndərilən müvafiq sənədlər araşdırılır. Hələ ki, hər hansı şərhə ehtiyac görmürük”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm