Yəməndə vəba epidemiyası: 500 ölü
Bizi izləyin

Dünya

Yəməndə vəba epidemiyası: 500 ölü

Son bir ay ərzində...

Yəməndə vəba epidemiyası 500 nəfərin həyatına son qoyub.

Publika.az "RİA-Novosti"yə istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının mətbuat katibi Tarik Yazareviç bildirib.

Onun sözlərinə görə, son bir ay ərzində Yəmənin 19 vilayətində vəba xəstəliyindən 500 nəfər ölüb.

Qeyd edək ki, Yəmən hökuməti vəba epidemiyası barədə ilk dəfə 2016-cı ilin oktyabrında məlumat verib. Ümumdünya Səhiyyə Təşkilatı risk zonasında 7,6 milyon insanın yaşadığını açıqlayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm