Misir Liviyada terrorçuların mövqelərini bombaladı
Bizi izləyin

Dünya

Misir Liviyada terrorçuların mövqelərini bombaladı

Hava zərbələri Liviya rəhbərliyi ilə razılaşdırılıb.

Misir Hərbi Hava Qüvvələrinin təyyarələri Liviyada terrorçuların Derna şəhərindəki mövqelərinə hava zərbələri endirib.

Publika.az xəbər verir ki, hava zərbələri Liviya rəhbərliyi ilə razılaşdırılıb.

Mayın 26-da Misirin EL-Minya əyalətində içərisində xristian koptlar olan avtobusa silahlı hücum edilib. Nəticədə 29 nəfər ölüb. Misir hökuməti hücumu Liviyada fəaliyyət göstərən terrorçuların törətdiyini ehtimal edir.

Mayın 27-də Misir hərbi aviasiyası Liviyanın şərq hissəsinə hava zərbələri endirib. Zərbələrin hədəfləri düşərgələr və silah anbarları olub. (apa)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm