Qaynar su asfaltı havaya uçurdu - Kiyevdə DƏHŞƏTLİ QƏZA - - FOTO/VİDEO
Bizi izləyin

Dünya

Qaynar su asfaltı havaya uçurdu - Kiyevdə DƏHŞƏTLİ QƏZA - - FOTO/VİDEO

Yaxınlıqda yaşayan sakinlər dərhal təxliyyə olunub.

Kiyevin Qoloseyev rayonunda su borusunun partlaması nəticəsində yaxınlıqdakı yaşayış evlərinə və avtomobillərə ziyan dəyib.

Publika.az xəbər verir ki, yerin altından keçən qaynar su borusunda baş verən qəzadan sonra fontan vuran suyun hündürlüyü 7-ci mərtəbəyədək yüksəlib.

Yerli mətbuat hadisədə insan tələfatının olmadığını bildirir. Bəzi evlərin pəncərələri sınıb, ətraf ərazilərdə olan maşınlara ziyan dəyib. Yaxınlıqda yaşayan sakinlər dərhal təxliyyə olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm