Şimali Koreya raket sınağı keçirdiyini təsdiqlədi
Bizi izləyin

Dünya

Şimali Koreya raket sınağı keçirdiyini təsdiqlədi

Raket Yapon dənizinə düşüb.

Şimali Koreya hökuməti raket sınağı keçirdiyini təsdiqləyib.

Publika.az xəbər verir ki, bu barədə yerli KİV-ə istinadən “Rönxap” agentliyi məlumat yayıb.

Şimali Koreya lideri Kim Çen In da ballistik raket sınağını izləyib.

Ötən gün ölkənin şərqindəki Vonsan şəhərindən buraxılan raket Yapon dənizinə düşüb.

Cənubi Koreya hərbçiləri, 6 dəqiqəyə 450 km qət edən raketin orta mənzilli “Skad” tipli ballistik raket olduğunu ehtimal edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm