Həyatını itirən mədənçidən ÜRƏKDAĞLAYAN MƏKTUB
Bizi izləyin

Dünya

Həyatını itirən mədənçidən ÜRƏKDAĞLAYAN MƏKTUB

Manisadakı mədən faciəsində həlak olan bir işçinin ovucundan çıxan məktub hər kəsi qəhərə boğub.

Publika.az” Türkiyə mətbuatına istinadən xəbər verir ki, 282 nəfərin öldüyü mədən faciəsində Mədən İşçilərinin Həmkarlar İttifaqının katibi Osman Tutqun xilas etmə əməliyyatı zamanı gördüyü bir mənzərədən danışıb:

“Oradan çıxartdıqları bir cənazədə şəhidin ovucunun içində bir kağız var idi. Kağızda “Oğlum, haqqını halal elə” yazılmışdı. Biz bu dərəcədə qürurlu mədən işçiləriyik”.

Qeyd edək ki, mayın 13-də axşam Türkiyənin Manisa əyalətinin Soma şəhərində kömür mədənində baş verən partlayış və ardınca yanğın yüzlərlə adamın ölümü ilə nəticələnib.

Məlumata görə, qəza məqamında mədəndə 700-dən artıq fəhlə olub. Onların 282-dən çoxunun öldüyü təsdiq edilir. Onlardan 124-nün şəxsiyyəti müəyyənləşdirilib. Digərlərinin taleyi məlum deyil. Xilasetmə işləri aparılır

Xatırladaq ki, son 73 ildə Türkiyədə 3000-dən çox mədənçi ölüb. 1000-dən artıq adam yaralanıb.

Türkiyə baş naziri Ərdoğan Albaniyaya səfərini təxirə salıb. Hazırda şaxtaya oksigen vurulur ki, yer altında qalan şaxtaçılar boğulmasın.

Vüsal Tağı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm