İranda 5 min il yaşı olan qəbiristanlıq tapıldı
Bizi izləyin

Dünya

İranda 5 min il yaşı olan qəbiristanlıq tapıldı

Məzarlıqdakı cəsədlərin eramızdan əvvəl 3-cü əsrə aid olduğu bildirilir.

İranlı arxeoloqlar uzun sürən arxeoloji qazıntılar zamanı nəhayət ki, axtardıqlarını tapıblar.

Publika.az xəbər verir ki, İranın cənub-şərqində yerləşən Sistan və Belucistan əyalətində aparılan arxeoloji qazıntılar zamanı tapılan qəbiristanlıq hamını şoka salıb.

5 min il yaşı olan məzarlıqdakı cəsədlərin eramızdan əvvəl 3-cü əsrə aid olduğu bildirilib.

Arxeoloq Morteza Hessari mətbuata rəsmi açıqlamasında qazıntılar zamanı tapılan məzarlığın sahəsinin 430 hektar olduğunu deyib: "Qəbiristanlıqda təxminən 5 minə yaxın məzar var. Düşünürük ki, məzarların çoxu o dövrdə hakimiyyətdə olmuş Parfiya İmperiyasının (e.ə. 247-224) nümayəndələrinə aiddir.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm