Sabiq diktator 83 yaşında vəfat etdi
Bizi izləyin

Dünya

Sabiq diktator 83 yaşında vəfat etdi

"Manuelin ölümü ilə Panama tarixində bir fəsil daha bitmiş oldu"

Panamanın sabiq prezidenti Manuel Noryeqa 83 yaşında dünyasını dəyişib.

Publika.az xəbər verir ki, o, 1934-cü il fevral ayının 11-də Panamada doğulub. 1983-1989-cu illərdə Panamaya rəhbərlik edib.

O, müxalifət tərəfdarlarının kütləvi qətlində, Pablo Eskobar kimi narkotik alverçiləri ilə iş birliyində ittiham olunurdu.

Panama prezidenti Xuan Karlos Varela özünün tviter hesabından Manuel Noryeqanın ölümü ilə bağlı paylaşım edərək, "Manuelin ölümü ilə Panama tarixində bir fəsil daha bitmiş oldu" ifadələrini qeyd edib.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm