MOSSAD gizli PLANI AÇDI: ABŞ qonşumuzu vurmaq üçün hərəkətə keçdi - DETALLAR
Bizi izləyin

Dünya

MOSSAD gizli PLANI AÇDI: ABŞ qonşumuzu vurmaq üçün hərəkətə keçdi - DETALLAR

İsrail kəşfiyyatı MOSSAD...

ABŞ Suriyada Rakka əməliyyatı öncəsi İŞİD-lə görüş keçirib.

Publika.az
xəbər verir ki, bu barədə İsrail kəşfiyyatı MOSSAD-a yaxın olan “Debka” saytı yazıb.

Sayt qeyd edir ki, Pentaqonun məqsədi Rakkanı döyüş olmadan xilas etməkdir. İŞİD-lə görüşən ABŞ zaman qazanaraq, İraq və Suriya sərhədinə ikitərəfli hücum etmək və İranın Aralıq dənizindən açmaq istədiyi yolu bağlamaqdır.

“İŞİD-lə anlaşaraq, Rakkanı döyüşsüz almaq istəyən ABŞ vaxt qazanmaq istəyir. Məqsəd Suriya-İraq sərhədinin şimalında irəliləyən İranın dəstəklədiyi Haşdi Şabinin qarşısını kəsməkdir. İŞİD itki vermədən cənubdakı El Mayadin və ya Elbukemal kimi neft qaynaqlarını qorumağa isti baxır. Pentaqon da İŞİD-lə anlaşıb İranın Aralıq dənizinə çıxmaq istədiyi yolu bağlayır”, - deyə sayt yazıb.

Bir müddət öncə Suriyanın cənubunda İordaniyanın dəstəklədiyi Azad Suriya Ordusuna bağlı Meqavir El Tavra qrupu Elbukemal bölgəsinin İŞİD-dən təmizlənməsi üçün hazır vəziyyətə gətirilib. Bölgəyə Norveç və İngiltərənin xüsusi təyinatlı qüvvələri, eləcə də ABŞ-ın hərbi texnikası da yerləşdirilib.

“Debka” yazır ki, ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya Rakkanı təmizləyərkən, paralel əməliyyatlar da həyata keçirmək niyyətindədir. Bütün əməliyyatların əsas hədəfi isə İranın Haşdi Şabiyə silah göndərdiyi Aralıq dənizi yolunu bağlamaqdır. Bu strateji xətt İranın Yaxın Şərqdə qalıcı hakimiyyət qurması üçün vacibdir.

İranın Yaxın Şərqdə çıxan açar nöqtəsi isə İraqın şimalında İŞİD-in nəzarətindəki iki şəhərdir: Telafer və Sincar. Bağdadın dəstəklədiyi, İrana bağlı Haşdi Şabi milisləri Sincarı, daha sonra Telaferi İŞİD-dən almağı planlaşdırır.

Lakin ABŞ hərəkətə keçərək Tehranın qurduğu planları alt-üst etmək istəyir. Məlumatlara görə, ABŞ-ın İŞİD-lə Rakka razılaşması haqda məlumatları Rusiya sızdırıb. Çünki Moskvanın Rakka əməliyyatında iştirak etmək istəyini Vaşinqton qəbul etmir.

“Debka” daha maraqlı bir məqama toxunur. Sayt yazır ki, ABŞ Rakkanı döyüşsüz ələ keçirərsə, PYD-dən (PKK-nın Suriya qolu - red.) vaz keçə bilər.

“Beləliklə, ABŞ prezidenti Donald Tramp Türkiyənin istəyini yerinə yetirə və Ankara-Moskva yaxınlaşmasını dayandıra bilər”, - deyə xəbərdə bildirilir.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm