Dünyada güc balansı dəyişdi – ABŞ-Almaniya QARŞIDURMASI
Bizi izləyin

Dünya

Dünyada güc balansı dəyişdi – ABŞ-Almaniya QARŞIDURMASI

Almaniyanın xarici işlər naziri Simger Gabriel ötən həftənin sonunda keçirilən G7 sammitindən sonra dünyadakı güclərin balansının dəyişdiyini açıqlayıb.

Publika.az
xəbər verir ki, alman nazir ABŞ prezidenti Donald Trampın öz ölkəsinin maraqlarının düşündüyünü, beynəlxalq maraqları kənara atdığını bildirib: “Təkcə uğursuz keçən G7 sammitinin şahidi olmadıq, həm də dünyadakı güc balansı dəyişdi”.

S.Gabriel dolayısı ilə ABŞ-la razılığa gələ bilmədiklərinə işarə edib.

“Bu vəziyyətdə məncə, Qərb daha kiçik, daha zəifdir. Avropanın zəifləməməsi üçün mübarizə aparmalıyıq. Artıq ABŞ Qərb ənənələrinə daxil deyil. Biz Amerikanı yenidən aramızda görmək üçün də mübarizə aparmalıyıq”, - deyə o, Tramp Administrasiyasını yalnız öz maraqlarına uyğun davranmaqda ittiham edib.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm